“Qarabağ” daha bir futbolçusu ilə müqaviləni uzadıb.
Bizim.Media xəbər verir ki, təcrübəli futbolçu Bədavi Hüseynovla aparılan danışıqlar müsbət nəticələnib.
Müdafiəçi ilə 2 illik yeni müqavilə imzalanıb.
Qeyd edək ki, Bədavi Hüseynov 2012-ci ildən Ağdam klubunda çıxış edir.
Rəşad Rafiqoğlu, Bizim.Media