“Arsenal” Bukayo Saka ilə müqavilənin uzadıldığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, futbolçunun yeni müqaviləsi 2027-ci ilə kimi nəzərdə tutulub. Əvvəlki anlaşma 2024-cü ilin yayına qədər idi.
“Xeyl-Enddən (“Arsenal”ın Akademiyası) əsas komandaya kimi. Növbəti paraqrafın vaxtı gəlib” – London klubunun rəsmi “Twitter” səhifəsi belə yazıb.
21 yaşlı hücumçu bu mövsüm İngiltərə Premyer Liqasında 37 oyunda 13 qol vurub və 11 məhsuldar ötürmə verib.
Rəşad Rafiqoğlu, Bizim.Media