“Səbail”in və milli komandamızın qapıçısı Emil Balayev mövsümün sonunda “Səbail”I tərk edəcək.
Bizim.Media xəbər verir ki, "dənizçilər"in yeni müqavilə təklifini qəbul etməyən kiper «Zirə»yə qayıtmağa üstünlük verib.
Canni De Byazinin yığmaya çağırdığı «əlcək sahibi» keçmiş komandası ilə 1+1 illik anlaşma şərtlərini razılaşdırıb. Balayev 2019-cu ilin əvvəlində Qazaxıstandan – «Tobol»dan «qartallar»ın düşərgəsinə gəlib və həmin ilin yayında «Qarabağ»a keçib.
İlyarım öncə yenidən Qazaxıstana qayıdan qapıçı bu dəfə «Turan»la anlaşıb, lakin legioner həyatı qısa sürüb. O, ötən ilin yayından «Səbail»in uğurları üçün tər tökür.
Rəşad Rafiqoğlu, Bizim.Media