Almaniya “Bayer”i qapıçısı Andrey Lunyovla vidalaşır.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, rusiyalı qolkiper cari mövsümün sonunda Bundesliqa təmsilçisindən ayrılacaq.
İki il Leverkuzen klubunun şərəfini qoruyan Lunyov bu müddət ərzində cəmi 3 oyunda meydana çıxıb. O, müxtəlif zədələrə görə 248 gün məşq edə bilməyib.
Qeyd edək ki, “Qarabağ” qış fasiləsində Andrey Lunyovla danışıqlar aparsa da, razılığa gələ bilməmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media