AFFA-nın keçirdiyi Region Liqasında finalçılar müəyyənləşib.
Bizim.Media xəbər verir ki, hər iki yarımfinal görüşü paytaxtda baş tutub.
"ASCO Arena"da debütantlar - "Marxal-Şəki" ilə Çinar-Zəngilan" görüşüb. Zəngilan təmsilçisi darmadağınla qalib gəlib - 5:1. "ASK Arena"da "Qusar"la Naxçıvan ""Arpaçay"ı qarşılaşıb. Qusarlılar Şərurdan olan rəqibini minimal hesabla məğlub edib.
Onu da bildirək ki, final və 3-cü yer uğrunda matçlar yenə əyalətdə - bu dəfə Tovuz şəhər stadionunda olacaq.
Görüşlərin hansı tarixlərdə keçiriləcəyi hələlik açıqlanmayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media