"Qəbələ"nin legionerlərindən ikisinin gələcək taleyinə aydınlıq gəlib.
Bizim.Media xəbər verir ki, braziliyalı müdafiəçi Ruan Renato ilə şimali makedoniyalı yarımmüdafiəçi İsnik Alimi ölkəmizdə klublarını dəyişməyə qərar veriblər.
Belə ki, "Qəbələ"nin yeni müqavilə təklifini qəbul etməyən cütlük "Zirə"nin cəlbedici maddi şərtlərinə "hə" deyiblər.
Artıq tərəflər anlaşıb və legionerlər "Neftçi" ilə Kubokun final görüşündən sonra "qırmızı-qaralar"dan birdəfəlik gedəcəklər.
Rəşad Rafiqoğlu, Bizim.Media