“Qəbələ” klubunun mövsümlərarası hazırlığı harada keçirəcəyi müəyyənləşib.
Bizim.Media-ya klubdan verilən məlumata görə, qərb təmsilçisi hazırlığın ilkin mərhələsini doğma rayonda keçirəcək.
İkinci mərhələdə isə Elmar Baxşiyevin yetirmələri Türkiyənin Bolu şəhərinə yollanacaq.
Qeyd edək ki, yay hazırlığının dəqiq tarixi hələ müəyyənləşməyib. Bu klubun Avrokuboklarda oynayıb-oynamayacağından asılı olacaq. Əgər komanda Avrokuboklara vəsiqə qazanarsa hazırlıq daha tez başlayacaq.
Xatırladaq ki, "Qəbələ" həm çempionatda 4-cü yerdə getdiyindən, həm də Kubokun finalçısı olduğundan, Konfrans Liqasına vəsiqə qazanmaq şansı yüksəkdir.
Bizim.Media