Yeni mövsüm çalışmalarını davam etdirən «Qəbələ» növbəti addımı atıb.
Bizim.Media xəbər verir ki, meydana sonradan daxil olan, vurduğu kritik qollarla yadda qalan Ülvi İsgəndərovun rəhbərlik təklif etdiyi yeni müqavilə şərtləri ilə razılaşıb.
“Zirə” və “Turan Tovuz”un da maraq dairəsinə düşmüş hücumçu sözləşməsini bir illik uzadıb.
Qeyd edək ki, Ülvi Qəbələ futbol akademiyasının yetirməsidir.
Rəşad Rafiqoğlu, Bizim.Media