Millinin sabiq yarımmüdafiəçisi İsmayıl İbrahimli yeni mövsümü «Qarabağ»da keçirməyəcək.
Bizim.Media xəbər verir ki, o, gələn mövsümdən «Zirə»nin şərəfini qoruyacaq. İki klub arasında bununla bağlı razılıq əldə olunub.
Anlaşmaya əsasən, «köhlən atlılar» yetirməsini «qartallar»a icarəyə verib.
Qeyd edək ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov İsmayıl İbrahimlini hələ ötən ilin yayında qəsəbə təmsilçisinə gətirmək istəyirdi. Ancaq həmin vaxt “Qarabağ” rəhbərliyi İsmayıl İbrahimlini komandadan buraxmamışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media