"Neftçi" yayda Rusiyada keçiriləcək yoldaşlıq turnirində iştirak edə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə "Sport Ekspress" nəşri məlumat yayıb.
"Ağ-qaralar" turnirdə iştirakdan imtina edən Moskva "Dinamo"sunu əvəz edə bilər. Təşkilatlar "Neftçi" ilə danışıqlar aparıldığını təsdiqləyib.
İyulun əvvəlində Sankt-Peterburqda keçiriləcək yarışda "Zenit", "Fənərbağça", "Srvena Zvezda"nın iştirakı dəqiqləşib.
Rəşad Rafiqoğlu, Bizim.Media