Azərbaycanın U-21 yığmasının sabiq üzvü Tural Bayramlı yayda "Səbail"dən ayrılmaq istəyir.
Bizim.Media xəbər verir ki, yanvardan əvəzedici komandada olan 25 yaşlı yarımmüdafiəçi daha çox şans qazanacağı kluba keçmək istəyir.
Bayramlı qərarı ilə bağlı "Səbail" rəhbərliyini məlumatlandırıb və yayda təklif olacağı halda, klubunu dəyişəcək. Futbolçu bu mövsüm Premyer Liqada cəmi 3 oyuna çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media