PSJ futbolçusu Markinyosun müqaviləsini yeniləyib.
Bizim.Media xəbər verir ki, Paris təmsilçisi 29 yaşlı müdafiəçiylə 2028-ci ilin yayınadək davam edən sözləşmə bağlayıb.
Brazılıyalı futbolçu 2013-cü ildən PSJ-nin şərəfini qoruyur.
Qeyd edək ki, Markinyos cari mövsüm ərzində 42 oyunda iştirak edib və 2 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media