Portuqaliyanın 3 nəhəng klubunda eyni vaxtda axtarış aparılıb.
Bizim.Media xəbər verir ki, qəfil yoxlamanın səbəbi vergi ilə bağlıdır.
Belə ki, yerli vergi idarələri “Portu”, “Benfika” və “Sportinq”lə bağlı məxfi siqnallar alıb. Bu səbəbdən klubların ofisində axtarış başlayıb.
Portuqaliya nəhənglərinin vergidən yayındığı ehtimal edilir. Hətta məbləğin milyonlarla dollar olduğu şübhəsi var.
Rəşad Rafiqoğlu, Bizim.Media