Növbəti mövsüm yenidən Premyer Liqaya qayıdacaq “Araz-Naxçıvan” artıq indidən bəzi futbolçularla danışıqlara başlayıb.
Bizim.Media xəbər verir ki, Naxçıvan təmsilçisi daha çox Premyer Liqa klublarında heyətə düşə bilməyən futbolçularla maraqlanır.
İlk növbədə qapıçı problemini həll etməyi düşünən Azər Bağırovun komandası “Neftçi”nin təcrübəli qolkiperi Aqil Məmmədovu transfer etmək istəyir.
Əslən Naxçıvandan olan Məmmədovun özü də klubunu dəyişməyin əleyhinə deyil. Hazırda tərəflər arasında danışıqlar davam edir. “Araz Naxçıvan” həmçinin “Sumqayıt”ın yarımmüdafiəçisi Elşən Abdullayev və “Şamaxı”nın hücumçusu Amil Yunanovu da transfer etmək istəyir.
Rəşad Rafiqoğu, Bizim.Media