"Zirə" növbəti mövsüm üçün bəzi futbolçularla yeni müqavilələr bağlayacaq.
Bizim.Media xəbər verir ki, belə futbolçulardan biri də Hamidu Keytadır.
Rəşad Sadıqov gələn mövsüm də bu futbolçunu sərəncamında görmək istəyir və onunla yola davam ediləcək.
Qeyd edək ki, Hamidu 2022-ci ildə qəsəbə təmsilçisinin şərəfini qoruyur. Ümumilikdə 44 oyunda meydana çıxan fransalı rəqib qapılarından 13 top keçirib.
Rəşad Rafiqoğlu, Bizim.Media