"Tottenhem" futbolçusu Lukas Moura ilə vidalaşıb.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı oyunçu mövsümün sonunda London təmsilçisini tərk edəcək.
Mouranın iyunun 30-da başa çatacaq müqaviləsinin uzadılmayacağı bildirilib.
Qeyd edək ki, 2018-ci ildən "Tottenhem"də çıxış edən 31 yaşlı vinger 219 oyunda 38 qol vurub və 27 məhsuldar ötürmə edib.
Bizim.Media