20 may tarixindən etibarən "Sabah" və "Gəncə" komandaları arasında baş tutacaq final seriyasının oyunlarına start veriləcək.
Bizim.Media xəbər verir ki, iİlk görüş 20 may saat 19:30 -da "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.
Final seriyasında 2-ci oyun 22 may, 3-cü oyun isə 24 may saat 19:30 -da "Sərhədçi" İdman Mərkəzində oynanılacaq.
Reqlamentə əsasən super seriyada ən tez üç qələbə qazanmış kollektiv Azərbaycan Basketbol Liqasının çempionu olacaqdır. Bundan əlavə, 19 may saat 19:30 -da "NTD" və "AAAF Xırdalan" komandaları arasında bir oyundan ibarət 3-cü yer uğrunda görüş baş tutacaqdır.

Rəşad Rafiqoğlu, Bizim.Media