"Qəbələ" rəhbərliyinin heyətdə saxlamaq istədiyi futbolçulardan biri də Rafael Utziqdi.
Bizim.Media xəbər verir ki, futbolçuya komandada qalmaq üçün hələ keçən aydan yeni müqavilə təklif olunsa da, o, hələlik bu təklifə müsbət cavab vermir.
Daha doğrusu, qalmaq üçün daha çox maaş tələb edir. Hələ ki, tərəflər ortaq məxrəcə gələ bilməyib. Yayılan məlumatlara görə, Utziqin xidmətində "Neftçi" maraqlıdır.
Rəşad Rafiqoğlu, Bizim.Media