Taekvondo üzrə Ukrayna milli komandası Bakıda keçiriləcək dünya çempionatına qatılmayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə yerli federasiyanın vitse-prezidenti Sergey Vasilçenko açıqlama verib.
O, bu addını Rusiya və Belarus idmançılarının yarışa buraxılması ilə bağlı olduğunu bildirib:
“Artıq orada ruslar və belarusların çıxış edəcəyi elan olunub. Bu səbəbdən biz dünya çempionatına getmirik”.
Qeyd edək ki, dünya çempionatı mayın 29-dan iyunun 6-dək keçiriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media