Ötən ilin iyulunda “Sabah”la müqavilə bağlayan Abdulaye Ba bu yay Azərbaycandan ayrılacaq.
Bizim.Media xəbər verir ki, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan Masazır klubunun baş məşqçisi Murad Musayev seneqallı müdafiəçi ilə 1+1 illik anlaşmanın ikinci hissəsinin qüvvəyə minməsinə həvəs göstərmir.
Buna səbəb afrikalı legionerin qeyri-sabit mövsüm keçirməsi, tez-tez zədələnməsi, nəticədə əsas heyətdə yerini itirməsidir.
Bizim.Media