Bakıda bədii gimnastika üzrə Avropa çempionatının təntənəli açılış mərasimi olub - FOTO 

Mayın 17-də Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatının təntənəli açılış mərasimi olub. 

Bizim.Media xəbər verir ki, əvvəlcə iştirakçı ölkələrin paradı keçirilib. 

Daha sonra hakimlərin, gimnastların və məşqçilərin adından and içilib.

İspaniya Gimnastika Federasiyasının nümayəndəsi Monika Fornie Qarsia hakimlər, azərbaycanlı gimnast Güllü Ağalarzadə atletlər, Monteneqro yığma komandasının məşqçisi Vesna Podniç isə məşqçilər adından təntənəli şəkildə and içiblər.  

Bu andlar bütün iştirakçılara və tamaşaçılara sağlam rəqabət, ədalətli hakimlik və idmanda ədalət prinsip və ideallarına riayət edilməsinin ən yüksək prioritetə sahib olduğunu bir daha xatırladıb. 

Avropa Gimnastikasının prezidenti, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov açılış mərasimində iştirakçıları təbrik edərək uğurlar arzulayıb.  

Azərbaycanın artıq beşinci dəfədir bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi etdiyini xatırladan F.Qayıbov ölkəmizdə gimnastikanın bu növü üzrə iki dəfə dünya çempionatının təşkil olunduğunu deyib.  

Nazir bildirib ki, bir neçə gün əvvəl Beynəlxalq Gimnastika Federasiyası Şurası 2027-ci il dünya çempionatını yenidən ölkəmizə həvalə edib. 
Yarışın yüksək səviyyədə təşkilinə görə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya, yerli Təşkilat Komitəsinə və könüllülərə təşəkkürünü bildirən F.Qayıbov qeyd edib ki, belə mötəbər yarışın keçirilməsində dövlətin qayğısı danılmazdır. Azərbaycan Prezidenti İlham Əliyev həmişə idmana və idmançılara böyük diqqət ilə yanaşır. 

İştirakçılara uğurlar arzulayan Fərid Qayıbov çempionatı açıq elan edib. 

Daha sonra tanınmış müğənni Vaqif Nağıyev Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirib. Açılış mərasimi bədii hissə ilə davam edib. 


















Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ Hörmüz boğazının minalardan təmizlənməsi üçün sualtı aparatlar tətbiq edəcək

ABŞ Hörmüz boğazının minalardan təmizlənməsi üçün sualtı aparatlar tətbiq edəcək

Orban seçkilərdə qalib gəlsə, Ukrayna vəd edilən 90 milyard avronu alacaqmı?

Orban seçkilərdə qalib gəlsə, Ukrayna vəd edilən 90 milyard avronu alacaqmı?

“Traktor” Səudiyyə Ərəbistanına yollandı

“Traktor” Səudiyyə Ərəbistanına yollandı

"Sənətkarların hamısı Bakıda doğulub, göydən düşüb?" - VİDEO

"Sənətkarların hamısı Bakıda doğulub, göydən düşüb?" - VİDEO

Z nəsli spirtli içkilərə niyə MARAQ GÖSTƏRMİR?

Z nəsli spirtli içkilərə niyə MARAQ GÖSTƏRMİR?

SEPAH Trampa xəbərdarlıq etdi

SEPAH Trampa xəbərdarlıq etdi

“Sabah” Türkiyə klubuna qalib gəldi

“Sabah” Türkiyə klubuna qalib gəldi

Ayanın 42 min dollarlıq ad günü hədiyyəsi - FOTO

Ayanın 42 min dollarlıq ad günü hədiyyəsi - FOTO

ABŞ Prezidenti: İran heç vaxt nüvə silahına sahib olmayacaq

ABŞ Prezidenti: İran heç vaxt nüvə silahına sahib olmayacaq

Azərbaycanlı müğənniyə ağır itki - FOTO

Azərbaycanlı müğənniyə ağır itki - FOTO

İsraildə bayram tədbirləri ləğv edilir

İsraildə bayram tədbirləri ləğv edilir

İsrail yenidən müharibəyə hazırlaşır

İsrail yenidən müharibəyə hazırlaşır

Tramp: “Hörmüzdən keçid üçün ödəniş edən gəmilər saxlanılacaq”

Tramp: “Hörmüzdən keçid üçün ödəniş edən gəmilər saxlanılacaq”

İrana zərbələri nəticəsində 3,3 mindən çox insan ölüb

İrana zərbələri nəticəsində 3,3 mindən çox insan ölüb

"Qəbələ" öz meydanında "İmişli"yə uduzdu - VİDEO

"Qəbələ" öz meydanında "İmişli"yə uduzdu - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol 2 gün bağlı olacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol 2 gün bağlı olacaq

Tovuzda evdə yağın: Köməksiz qalan şəxs təxliyə olundu - FOTO

Tovuzda evdə yağın: Köməksiz qalan şəxs təxliyə olundu - FOTO

Ağcabədidə toy mərasimində gənc oğlan vəfat edib

Ağcabədidə toy mərasimində gənc oğlan vəfat edib

Putinin Valdaydakı iqamətgahı ətrafında daha 7 HHM qülləsi yerləşdirildi

Putinin Valdaydakı iqamətgahı ətrafında daha 7 HHM qülləsi yerləşdirildi

Oğuzda uzun illər həllini tapmayan yol problemi - VİDEO

Oğuzda uzun illər həllini tapmayan yol problemi - VİDEO

Putin Pezeşkianla telefonla danışdı

Putin Pezeşkianla telefonla danışdı

Elvin Nərimandan Messiyə salam göndərdi - VİDEO

Elvin Nərimandan Messiyə salam göndərdi - VİDEO

Bu gün Nic qəsəbəsi qonaq-qaralı olub - FOTO

Bu gün Nic qəsəbəsi qonaq-qaralı olub - FOTO

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi

End of content

No more pages to load

RADİO