Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına iştirakçıların qeydiyyatı başa çatıb.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov açıqlayıb.
O, bu gün dünya çempionatına hazırlıqla bağlı təşkil olunan mətbuat konfransında bildirib ki, yarışa qatılacaq ölkələrin sayında dəyişiklik olub. Azərbaycandakı mundialda 145 komanda mübarizədə aparacaq.
Qeyd edək ki, dünya çempionatı mayın 29-dan iyunun 6-dək keçiriləcək. Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda olacaq. Ölkəmiz mundialı qəbul edəcək Avropa ölkələri arasında isə Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci kimi tarixə düşəcək.
Bizim.Media