“Turan Tovuz”dan ayrılacaq daha bir futbolçunun adına aydınlıq gəlib.
Bizim.Media xəbər verir ki, Henri Okebuqvu qərblilərin düşərgəsini tərk edəcək.
Mövsümün əvvəlində komandaya qoşulan 25 yaşlı yarımmüdafiəçi ümidləri doğrultmayıb. Aldığı zədələrdən sonra bərpa prosesini çox gec tamamlayan, komandaya yetərincə kömək edə bilməyən nigeriyalı ilə bitən müqavilənin müddəti uzadılmayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media