Növbəti mövsümdən ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Sabah" bir sıra mövqelərə yeni futbolçular alacaq.
Bizim.Media xəbər verir ki, bu mövqelərdən biri də qapıçı mövqeyidir.
Masazır təmsilçisi çərçivə üçün beynəlxalq oyun təcrübəsi olan əcnəbi qolkiper axtarışına çıxıb.
Hazırda əsas qapıçı Yusif İmanovla ciddi rəqabət apara biləcək bir neçə qolkiperlə danışıqlar aparılır. Yeni transferin yay aylarında reallaşacağı gözlənilir.
Rəşad Rafiqoğlu, Bizim.Media