Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün qalibi olan "Qarabağ" Çempionlar Liqasında mübarizə aparacaq.
Bizim.Media xəbər verir ki, "atlılar" yarışa I təsnifat mərhələsindən başlayacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin potensial rəqiblərindən 9-u artıq məlumdur.
I təsnifatda səpələnmişlər səbətində yer alacaq "Qarabağ"ın ilk raunddakı rəqibləri nisbətən zəif komandalar olacaq.
Bunlar “Klaksvik” (Farer adaları), “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakuv” (Polşa), “Haken” (İsveç), “Valmiyera” (Latviya), “Larn” (Şimali İrlandiya), “Hamrun” (Malta), “Svift Esperanj” (Lüksemburq), “Struqa” (Şimali Makedoniya) və ilkin mərhələnin qalibi olacaq komandadır.
I təsnifat mərhələsinin püşkü iyunda atılacaq, oyunlar isə iyulda keçiriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media