“Qarabağ” 2023/24 mövsümü Avropa kuboklarında təsnifat mərhələlərinin ilk 2 ev oyununu “Azərsun Arena”da keçirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Klubdan məlumat verilib. Bu addım komandanın hər il avrokuboklarda ev oyunlarını keçirdiyi Tofiq Bərhamov adına Respublika stadionunda təmir işləri aparılacağı ilə əlaqədar atılıb.
Beləliklə, Ağdam təmsilçisi tarixində ilk dəfə rəqiblərini özünə məxsus olan “Azərsun Arena”da qəbul edəcək.
Əlavə edək ki, "Azərsun Arena"nın 6 minə yaxın tamaşaçı tutumu var.
Rəşad Rafiqoğlu, Bizim.Media