Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turnirinin yarımfinal oyunları baş tutub.
Bizim.Media xəbər verir ki, ilk yarımfinal görüşündə "LDU" (Rusiya) rəqibi "TTU" (Türkmənistan) kollektivinə 106-65 hesabı ilə qalib gələrək ilk finalçı olub.
İkinci yarımfinal oyununda "AzTU" tələbələri "ADBTİA" komandasına 59-53 hesabı ilə qalib gəlib və ikinci finalçı olub.
Qeyd edək ki, 15 may tarixində saat 12:00 -da 3-cü yer uğrunda oyun ("ADBTİA" - "TTK"), saat 14:30 -da isə final oyunu ("LDU" - "AzTU") baş tutacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media