Misli Premyer Liqasında 34-cü tur davam edir.
Bizim.Media xəbər verir ki, 3-cü oyun günündə 1 matç keçiriləcək. "Neftçi" doğma meydanda "Şamaxı"nı qəbul edəcək. Görüş saat 20:30-da başlayacaq.
Qeyd edək ki, turun 3 oyunu 12 və 13 may tarixlərində keçirilib. Tura mayın 17-də oynanılacaq "Sumqayıt" - "Sabah" matçı ilə yekun vurulacaq.
Xatırladaq ki, ötən gün "Qarabağ" "Səbail"ə qalib gələrək sona 2 tur qalmış çempionluğu rəsmiləşdirib.
14 may (bazar)
20:30 "Neftçi" - "Şamaxı"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Cəmil Quliyev, Rauf Cabarov
"Bakcell Arena".
17 may (çərşənbə)
19:30. "Sumqayıt" - "Sabah"
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Kamran Bayramov, Rauf Allahverdiyev
"Kapital Bank Arena".
Rəşad Rafiqoğlu, Bizim.Media