“Zirə” bu gün Azərbaycan Premyer Liqasının 34-cü turunda “Kəpəz”i qəbul edib.
Bizim.Media xəbər verir ki, meydan sahibləri ciddi itki ilə üzləşib.
Vladislav Kulaç zədələnərək matçı davam etdirə bilməyib. Onun əvəzinə 17-ci dəqiqədə Toni Qomes oyuna daxil olub.
Qeyd edək ki, ukraynalı hücumçu “Zirə”yə yeni gələrkən də zədə almışdı. O, komandada debüt etməmişdən əvvəl məşqdə sıradan çıxmışdı.
Görüş 1:1 hesabı ilə başa çatıb. Bununla da 5-ci pillədəki "Zirə" 4-cü yerdəki "Qəbələ" (33 oyun) ilə fərqi 2 xala endirib.
Bizim.Media