"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Azərbaycan millisindəki karyerasını başa vurub.
Bizim.Media xəbər verir ki, 34 yaşlı futbolçu bu barədə sosial şəbəkədə paylaşım edib:
“Hörmətli azarkeşlər, mən milli oyunların həyəcanını daha meydanda yox, sizin sıralarınızda yaşayacağam. Hazırda bütün qüvvəmi məni sizlərdən birinə çevirən “Qarabağ”a sərf etmək istəyirəm. Növbəti oyunlarda milli komandaya uğurlar! İnanıram ki, komandamız daha yaxşı nəticələr qazanacaq və azarkeşləri sevindirəcək. Milli komandamızın çılğın azarkeşi olmağa davam edəcəyəm. Mən Azərbaycanı və bu ölkənin xalqını çox sevirəm. Sən həmişə mənim ürəyimdəsən. Mən səni sevirəm, Azərbaycan!"
Hörmətlə…
Riçard Almeyda".
Rəşad Rafiqoğlu, Bizim.Media