“Qarabağ” növbəti mövsüm digər klublarda icarədə olan futbolçularını qaytaracaq.
Bizim.Media xəbər verir ki, həmin oyunçulardan biri də Nihad Quliyevdir.
Hazırda “Şamaxı”da icarədə oynayan futbolçu yayda yenidən Ağdam klubunun düşərgəsinə qayıdacaq.
Qeyd edək ki, Nihad Quliyev bu mövsüm “Şamaxı”da stabil oyunu ilə diqqət çəkir.
Rəşad Rafiqoğlu, Bizim.Media