“Səbail”in futbolçusu Turan Manafovun Türkiyə klubunun maraq dairəsində olduğu barədə məlumat vermişdik.
Bizim.Media xəbər verir ki, yarımmüdafiəçi artıq adıçəkilən klub “Hatayspor”la danışıqlara başlayıb. Əgər tərəflər ortaq məxrəcə gələ bilsə, 24 yaşlı Manafov növbəti mövsümdən “Hatayspor”un şərəfini qoruyacaq.
Qeyd edək ki, Superliqa təmsilçisi fevral ayındakı dəhşətli zəlzələ səbəbindən çempionatda iştirakını dayandırıb. Komandanın növbəti mövsüm Superliqada oynayıb-oynamayacağı hələ bəlli deyil.
Rəşad Rafiqoğlu, Bizim.Media