Azərbaycan millisinin üzvü Dmitri Nazarov "Ersgebirge" klubundan ayrılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi Aue təmsilçisi mövsümün sonunda müddəti başa çatan müqaviləsini uzatmayacaq.
Qeyd edək ki, Nazarov 2016-cı ilin yayından "Ersgebirge"də çıxış edir. O, bu mövsüm Almaniya III liqasında 30 oyunda 10 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media