"Turan Tovuz"u yayda tərk edəcək daha bir futbolçu müəyyənləşib.
Bizim.Media xəbər verir ki, Tovuz klubu Henri Okebuqvu ilə yoluna davam etmək niyyətində deyil.
24 yaşlı futbolçu ümidləri doğrultmadığına görə, yeni mövsüm üçün ona ehtiyac duyulmayacaq.
Azərbaycana gələnə qədər Albaniyada “Eqnatiya”, “Partizani”, “Kastrioti” klublarında oynamış nigeriyalıdan öncə Ben Aziz Daonun da "Turan Tovuz"dan göndəriləcəyi dəqiqləşmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media