Helsio Alisk agenti olduğu "Krasnodar"ın yarımmüdafiəçisi Kadi Borgesin son durumu haqda danışıb.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, o deyib:
“Əməliyyatdan sonra Kadinin vəziyyəti yaxşıdır. Ancaq onun nə vaxt meydana qayıda biləcəyi ilə bağlı heç bir məlumatımız yoxdur”.
Xatırladaq ki, Kadi "Spartak”la Premyer Liqa matçında rəqibin yarımmüdafiəçisi ilə toqquşub. Bundan sonra Kadi huşunu itirib. Dili qatlanan futbolçuya rəqibin kapitanı Cikia yardım edib.
Epizoddan sonra özünə gələn Kadi 51-ci dəqiqədə elektromobillə meydandan çıxarılıb. Daha sonra o, təcili-tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Beyni silkələnən futbolçunun üz sümüyündə sınıq da aşkarlanıb. O, bu mövsüm "Krasnodar"a kömək etməyəcək.
Bizim.Media