“Sumqayıt” klubu mövsümün sonunda daha bir futbolçu ilə yollarını ayıracaq.
Bizim.Media xəbər verir ki, müdafiəçi Stiven Pereyra ilə müqavilə yenilənməyəcək.
Qeyd edək ki, Kabo Verdeli futbolçu cari mövsümün əvvəlində “Sumqayıt”a transfer olunub.
Onunla 2 illik müqavilə imzalansa da, Pereyra məşqçilərin etimadını doğrultmayıb. Məhz bu səbəbdən də futbolçu ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media