"Sabah"ın qapıçısı Nicat Mehbalıyevin xidmətində maraqlı olan klublar var.
Bizim.Media xəbər verir ki, Masazır klubunun əsas qolkiperinə çevrilə bilməyən Mehbalıyevin mövsümün sonunda icarəyə göndəriləcəyi gözlənilir.
Onun xidmətində “Sumqayıt” və “Qəbələ” klubları maraqlıdır.
Qeyd edək ki, 22 yaşlı qapıçı ötən mövsümü “Qəbələ”də icarə əsasında keçirmişdi. “Bakı”nın yetirməsi olan Nicat “Qarabağ”, “Sumqayıt” klublarının da qapısını qoruyub.
Rəşad Rafiqoğlu, Bizim.Media