"Qarabağ"ın futbolçusu Yassin Benzia yenidən sıradan çıxıb.
Bizim.Media xəbər verir ki, əlcəzairli futbolçu üçün mövsüm başa çatıb.
Misli Premyer Liqasının 32-ci turunun "Neftçi" ilə görüşdə oynayan, 81-ci dəqiqədə yerini Filip Ozobiçə verən yarımmüdafiəçi bu tur meydana çıxmayıb.
Onun zədə səbəbindən "Qəbələ"yə qarşı oynamadığı məlum olub. Belə ki, təcrübəli futbolçuda ikinci dərəcəli dartılma müəyyən olunub. Öncə zədəsinin daha ciddi olduğu gözlənilsə də, təkrar müayinə zamanı 20 günlük sıradan çıxdığı bəlli olub.
Futbolçu üçün mövsüm artıq başa çatıb.
Rəşad Rafiqoğlu, Bizim.Media