Futbol üzrə Azərbaycan I Divizionunda XXVIII tura start verilib.
Bizim.Media xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutub.
Çempionluğu rəsmiləşdirmiş "Araz Naxçıvan" doğma meydanda "Səbail-2"ni qəbul edib.
Qarşılaşma Muxtar Respublika təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, XXVIII turun digər görüşləri 9-10 aprel tarixlərində baş tutacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media