Renat Dadaşov İtaliya klubuna keçə bilər.
Bizim.Media “transfermarkt” saytına istinadən xəbər verir ki, İsveçrənin “Qrasshoppers” komandasında çıxış edən millimizin hücumçusu ilə “Bari” maraqlanır.
“Bari” İtaliyada B seriyasında mübarizə aparır.
Qeyd edək ki, hazırda 62 xalla 3-cü pillədə yer alan “Bari” A seriyasına vəsiqə uğrunda mübarizə aparır. Dadaşov bu mövsüm İsveçrə çempionatında 30 oyunda 8 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media