“Sabah” klubunun hücumçusu Aleksey Kaşukun klubdakı gələcəyi naməlum olaraq qalır. Paytaxt təmsilçisi komandada icarə əsasında oynayan forvardın transfer hüququnu əldə etmək üçün Ukraynanın “Şaxtyor” klubu ilə danışıqları davam etdirir.
Bizim.Media-nın əldə etdiyi məlumata görə “Şaxtyor” futbolçu üçün yüksək məbləğ 1 milyon 500 min avro tələb edir.
“Sabah” isə bu məbləğin 1 milyon avrosunu ödəmək istəyir. Avropanın bir neçə klubu da Kaşukun transferində maraqlıdır. Onlardan ən yaxşı təklif “Belçika”nın “Vesterlo” klubundan gəlib.
Onlar ukraynalının keçidi üçün 2 milyonluq təklif göndərib. Polşa “Legiya”sı da Kaşukla maraqlansa da, hazırkı vəziyyətdə Kaşukun Belçikaya yollanacağı daha inandırıcı görünür.
Qeyd edək ki, Aleksey bu mövsüm “Sabah”ın heyətində 16 qol vuraraq 9 məhsuldar ötürmə edib.
Rəşad Rafiqoğlu, Bizim.Media