“Səbail” klubunun futbolçusu Ruslan Hacıyev karyerasını ölkə xaricində davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Türkiyə birinci divizionunda çıxış edən “Eyupspor” klubunun maraq dairəsinə düşüb.
Klub rəhbərliyi mövsümün sonunda futbolçunu heyətinə cəlb etmək üçün danışıqlara başlayacaq.
Qeyd edək ki, hazırda “Eyupspor”un baş məşqçisi Türkiyə futbolunun vaxtilə ən parlayan ulduzlarından biri olan Arda Turandır. Daha öncə Maltanın “Banants” klubunun da Ruslan Hacıyevlə maraqlandığı qeyd olunmuşdu.
Rəşad Rafiqoğlu, Bizim.Media