Bu gün Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi “Prezident Kuboku-2023” beynəlxalq reqatasının bağlanış mərasimi baş tutacaq.
Bizim.Media xəbər verir ki, Bakı bulvarında, Su İdman Sarayının yaxınlığında, dəniz kənarında təşkil olunacaq bağlanış mərasimində idmançıların mükafatlandırılması ilə yanaşı bədii hissə keçiriləcək.
Sürprizlərlə dolu qala tədbirdə 3D effektli lazer şou, tanınmış rəqs qruplarının çıxışı, avarçəkənlərin nümunəvi keçidləri və möhtəşəm atəşfəşanlıqla yanaşı, Miri Yusifin solo ifası yaddaşınızda unudulmaz iz qoyacaq.
Qeyd edək ki, mərasim saat 19-da başlayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media