Mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Sabah" - "Beşiktaş" oyununa bilet satışı davam edir.
Bizim.Media xəbər verir ki, dünən satışa çıxan biletlərin artıq 10 mini satılıb. Bu barədə "Sabah"ın mətbuat xidməti məlumat yayıb.
Biletləri "iticket.az" saytından və “Iticket.az”-ın satış məntəqələrindən, həmçinin Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərsiniz.
Görüş 18:00-da başlayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media