Azərbaycan millisi Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün üçüncü yer uğrunda oyuna çıxıb.
Bizim.Media xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Qazaxıstanla üz-üzə gəlib.
Əsas vaxtı 2:2 hesabıyla başa çatan görüşdə qalib penaltilər seriyasında müəyyənləşib. Son zərbələrdə daha dəqiq olan qazaxlar qələbə qazanıb.
Rəşad Rafiqoğlu, Bizim.Media