"Çelsi" yayda 7 futbolçunu satışa çıxaracaq.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, London təmsilçisi Ruben Loftus-Çik, Kalidu Kulibali, Mateo Kovaçiç, Pyer-Emerik Obameyanq, Kristian Pulişiç, Hakim Zieş və Eduard Mendini satmağa hazırdır.
Bundan başqa, Konor Qallaher və Meysson Mauntun gələcəyi qeyri-müəyyən olaraq qalır.
33 oyundan sonra "Çelsi" 39 xalla Premyer Liqada 12-ci pillədə qərarlaşıb. Komanda Çempionlar Liqası və Avropa Liqasına vəsiqə qazanmaq şanslarını itirib.
Bizim.Media