İcarə əsasında "Konyaspor"da çıxış edən Mahir Emreli mövsümün sonunda müqavilə ilə məxsus olduğu "Dinamo"ya qayıdacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.
Belə ki, Zaqreb təmsilçisinin baş məşqçisi İqor Bişçan azərbaycanlı hücumçunu sərəncamında görmək istəyir. Baş məşqçi bu istəyini klub rəhbərliyinə bildirib.
Xorvatiyalı mütəxəssis yayda komandadan göndərilməli olan futbolçuları müəyyənləşdirib. Həmin siyahıda Mahirin adı yoxdur.
Qeyd edək ki, "Dinamo" Mahir Emrelini mövsümün sonuna kimi "Konyaspor"a icarəyə verib. Azərbaycan millisinin üzvünün zaqreblilərlə müqaviləsinin müddəti 2026-cı ilin yayına kimidir.
Rəşad Rafiqoğlu, Bizim.Media