Qadın futbolçulardan ibarət Azərbaycan millisinin ilk dəfə təşkil olunacaq UEFA Millətlər Liqasının 2023/2024 mövsümündə keçirəcəyi oyunların təqvimi müəyyənləşib.
AFFA-dan Bizim.Media-ya verilən məlumata görə, C Liqasının III qrupunda yer alan yığma ilk oyununu sentyabrın 22-də evdə Kiprə qarşı keçirəcək.
Siyasət Əsgərovun yetirmələri qrupda son matçlarını da dekabrda öz meydanında keçirəcəklər.
Azərbaycan yığmasının oyunlarının təqvimi:
22 sentyabr. Azərbaycan - Kipr;
26 sentyabr. Monteneqro - Azərbaycan;
27 oktyabr. Farer adaları - Azərbaycan;
31 oktyabr. Azərbaycan - Monteneqro;
1 dekabr. Kipr - Azərbaycan;
5 dekabr. Azərbaycan - Farer adaları.
Bizim.Media