Polşanın paytaxtı Varşavada bədii gimnastika üzrə XV “Irina Cup” beynəlxalq turniri keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, turnirdə iştirak edən millimizin üzvü İlona Zeynalova iki bürünc medal qazanıb.
Gimnastımız lentlə hərəkətlərin icrasında və çoxnövçülük proqramında fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Bizim.Media