Litva 1-ci 8-ci turun oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, azərbaycanlı hücumçu Nurlan Novruzovun çıxış etdiyi “Yonava” səfərdə “Jalgiris 2” ilə qarşılaşıb.
Dörd qolun qeydə alındığı oyun “Yonava”nın qələbəsi ilə başa çatıb – 3:1. Bu, "Yonava"nın mövsümdə ilk qələbəsidir.
Nurlan bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
“Qeyd edək ki, "Yonava” 8 turdan sonra 4 xalla sonuncu pillədə qərarlaşıb.
Bizim.Media